19 mart 2021 15:33
2299

Məşhur qadınların gözəllik sirləri

Hollivudun cazibədar ulduzları hər zaman gözəllikləri ilə kişilərin diqqətini cəlb edir. Onlar kimi görünmək əslində çox da çətin deyil. Həmin qadınların gözəllik sirlərini təqdim edirik.

Keyt Uinslet

"Titanik" filmindən sonra bütün dünyaya tanınan məşhur aktrisa Keyt Uinsletin də özünəməxsus gözəllik sirləri var . Onun sözlərinə görə, yaxşı göz kreminin yerini heç nə verə bilməz. Əsəbi olanda, səyahətə çıxanda gözləriniz torbalananda bir xanımın ən çox ehtiyac duyuğu kosmetik vasitə  kremdir.

Meri C. Blic

 Makiyajın olub-olmamasından asılı olmayaraq, gecə üzünüzü mütləq su ilə yuyun. Beləliklə, üzünüz hamar və təravətli qalacaq

Qvinet Peltrou

Dərisisinə qulluq üçün omeqa 3 yağından istifadə edir. Saatlarla üzünü massaj edən aktrisanın sözlərinə görə, bu tip yağlar üz dərisinln qocalma prosesini ləngidir.

Lusi Liu

Dərisini canlandırmaq üçün buzdan istifadə edir. Dərini bir anda canlandıran bu üsul eyni zamanda, təbii görünüşün də bir  sirridir.

Amerika Ferrera

Çoxlu su içməyə başladığı gündən bəri dərisinin, dırnaqlarının və saçlarının daha hamar və sağlam göründüyünü qeyd edib. Onun sözlərinə görə,  gözəlliyin qorumaq istəyən hər bir qadın gündə nə az, nə çox 2 litr su içməlidir.

Liv Tayler

 Məşhur aktrisa Liv Taylerində bir neçə  özünəməxsus sirləri var. O,üzünə tonal krem və ənlik  vurduqdan sonra mütləq  şəffaf toz pudradan da istifadə etdikdən sonra, üzünıə  bir az gül suyu vurur. Bunu bütün xanımlara məsləhət edən ulduzuz iddia edir ki,  beləliklə üz dərisi daha hamar, makiyajınız isə daha təbii görünəcək.

Eva Mendez

Gözəlliyi ilə seçilən Eva Mendez makiyaj etmək istəmədiyi günlərdə gündəlik nəmləndiricilə ilə parlaq tonal kremi qarışdıraraq  bunu üzünə sürtür. Onun dediyinə görə, bu prosedurdan sonra üzü daha şəffaf və parlaq görünür.

Ellen Pompeo

Ellen Pompeo isə gözlərinin gözəlliyini daha da vurğulamaq üçün  makiyaj edərkən   göz qapaqlarına nəmləndirici sürtür. Bundan sonra göz qələmindən istifadə edən ulduzun baxışları daha cəlbedici olur.

Samirə Tağıyeva, "İki sahil"