21 mart 2021 16:45
1308

Pike bu matçı da buraxacaq

"Barselona"nın futbolçusu Jerar Pike hələ də zədəsini sağaltmayıb.

"İki sahil" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müsafiəçi La Liqanın 28-ci turunda "Real Soysedad"la matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Real Soysedad" - "Barselona" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.