Metro günümüzdəki şəhərlərin ən vacib nəqliyyat vasitəsidir.
“İki sahil” xəbər verir ki,bir əsrdən çoxdur ki, böyük şəhərlərdə istifadə olunan metrolar vaxta qənaət etmək üçün əsas yeraltı nəqliyyat vasitəsi hesab olunur. Metro stansiyaları yalnız nəqliyyat üçün deyil, yerləşdikləri şəhərin simvoluna da çevrilə biliblər. Yeraltı nəqliyyat günümüzdə, xüsusilə də şəhərlərdə nəqliyyatın rahatlaşdırılmasının ən asan və faydalı yoludur. Bir şəhərin inkişaf səviyyəsini təyin edən vacib kriteriyalardan biri olan metro xətləri, dünyada hər gün milyonlarla insan tərəfindən istifadə olunur. Gəlin birlikdə dünyanın hər yerindən ən maraqlı metrolarla tanış olaq.
Bunlar İtalyanın Napoli şəhərinin Toledo,Rusiyanın paytaxtı Moskva şəhərinin Kievskaya,Rusiyanın Sankt-Peterburq şəhərinin Avtovo, Macarıstanın paytaxtı Budapeştin Szent Gallert, İtaliyanın Napoli şəhərinin Napoli Universiteti, İsveçin paytaxtı Stokholm şəhərinin Radhuset, Çinin Şanqay şəhərinin Bund Tuneli, Fransanın paytaxtı Parisin Arts et Metiers, Tayvanın paytaxtı Taipeinin Formosa Boulevard, İsveçin paytaxtı Stokholmun Kungstradgarden, Nyu-York şəhərinin City Hall, İsveçin Stokholm şəhərinin Centralen, Portuqaliyanın paytaxtı Lissabon şəhərinin Olaias, Türkiyənin İstanbul şəhərinin Etiler, Rusiyanın paytaxtı Moskva şəhərinin Slavyanski-Bulvarı metro stansiyalarıdır.
Vüsal Cahanov, “İki sahil”