ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz şəxsi sosial şəbəkəsini yaradacağına söz verib.
“İki sahil” “vesti.ru” saytına istinadən xəbər verir ki, eks-prezidentin məsləhətçisi yeni sosial şəbəkənin üç həftəyə hazır olacağını və bütün sosial şəbəkə dünyasını tamamilə dəyişəcəyini bildirib.
Xatırladaq ki, 6 yanvar tarixində etirazçıların Kapitoliyə hücumundan sonra “Twitter” və “Facebook” Donald Trampın hesablarını bağlamışdı.
Nubar Süleymanova, “İki sahil”