23 mart 2021 17:30
1701

Hansı qan qrupundan olan insanlar tromboz və ürək tutmaları ilə daha çox qarşılaşırlar?

Amerika Kardioloqlar Assosiasiyasının bir qrup alimi çoxsaylı təcrübələrin ardından hansı qan qruplarında ciddi ürək, qan-damar xəstəliklərinə daha çox rast gəlindiyini açıqlayıb.

Onların sözlərinə görə, ən çox ikinci və üçüncü qan qrupundan olan insanlar bu risklə qarşılaşırlar.

Alimlərin gəldiyi nəticələr “Arterioskleroz, tromboz və damar biologiyası” jurnalında geniş dərc edilib.

Mütəxəssislər müəyyən ediblər ki, ikinci qan qrupundan olan insanlarda ürək tutmaları birinci qrupla müqayisədə 8 % daha çox baş verir. Tromboza isə üçüncü və ikinci qan qrupundan olan insanlarda daha çox rast gəlinir. 

Alimlər sonda belə nəticəyə gəliblər ki, ürək, qan-damar problemləri ilə ən çox ikinci qan qrupundan olan insanlar üzləşirlər.

Nubar Süleymanova, “İki sahil