24 mart 2021 23:49
986

Portuqaliya - Azərbaycan matçı başladı

Portuqaliya və Azərbaycan milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun I tur matçı başlayıb.

"İki sahil" xəbər verir ki, qarşılaşma İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər görüşündə Serbiya yığması evdə İrlandiya ilə üz-üzə gəlir.