25 mart 2021 10:07
995

Dünyada ilk elektrik mühərrikli təyyarə

MAKS-2021 beynəlxalq aviasiya sərgisində dünyada ilk elektrik mühərrikli təyyarə nümayiş olunacaq. Hava nəqliyyatı vasitəsi Rusiyanın S.A.Çaplıqin adına Sibir elmi-araşdırmalar institutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

"İki sahil" xəbər verir ki, dünyanın ilk elektrik mühərrikli təyyarəsi Yak-40 modeli bazasında yığılıb.

Ekspertlərin sözlərinə görə, təyyarədə tətbiq olunan elektrikli texnologiyalardan vertolyotlarda da istifadə etmək olar.