26 mart 2021 09:58
1005

Bələdiyyə öz tvitini altı min dollara satdı

Türkiyənin Muğla vilayətinin Datça bələdiyyəsi 14 fevral sevgililər günü ilə bağlı tvitini hərraca çıxarıb.

"İki sahil"in məlumatına görə, “Sevgililərinizlə birlikdə Datça baharı qədər gözəl zamanlar diləyirik”, - deyə yazılan tvit 6 min dollara (10 200 manat) satılıb. Tvit kriptovalyuta yatırımı ilə məşğul olan şirkət tərəfindən alınıb.

Bələdiyyə rəsmiləri əldə olunan vəsaitin yoxsul ailələrdən olan qızların təhsil xərclərinə sərf ediləcəyini açıqlayıblar.