26 mart 2021 12:40
961

COVID-19-un aşkar edilməsi üçün yeni test hazırlanıb

Surrey Universiteti dəri yaxması istifadə edərək koronavirusun aşkarlanması üçün qeyri-invaziv bir test hazırlayıb. İxtira COVID-19 diaqnozunu əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

 Mütəxəssislər tədqiqatlara 67 nəfər könüllü cəlb ediblər. Hər iştirakçı dəri yaxması verib. Təcrübə iştirakçılarından otuzunda koronavirus infeksiyasının olduğu müəyyən edilib.

Bu qeyri-invaziv COVID-19 testinin nəticələri adi PZR testlərindən daha tez müəyyənləşəcək. 

Xatırladaq ki, 2020-ci ilin əvvəlindən bu günədək bütün dünyada 125 milyondan artıq koronavirus xəstəsi müəyyən edilib. 2021-ci ilin əvvəllərindən bir sıra dövlətlərdə COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb.

Nubar Süleymanova, “İki sahil”