26 mart 2021 13:00
1248

İlk kosmik otel 2027-ci ildə istifadəyə veriləcək

“Orbital Assembly” şirkəti 2025-ci ildə ilk kosmik otelin tikintisinə başlayacağı ilə bağlı məlumatı açıqlayıb. “Voyager Station” adlı otelin 2027-ci ildən istifadəyə verilməsi planlaşdırılır. Otel 400 nəfərədək qonaq qəbul edə biləcək.

 Kosmik stansiya aşağı yerüstü orbitdə yerləşəcək. Nömrələr kapsullarda yerləşəcək. Oteli içərisində Yerə baxan mənzərəsi olan restoran, SPA salonlar, kinoteatrlar və barlar da tikiləcək.

 “Orbital Assembly” süni qravitasiya əldə etmək üçün oteli dairəvi formada tikəcək. Şirkət oteldə bəzi obyektləri və modulları müxtəlif ölkələrə, kosmik agentliklərə və orbitdə villa almağı arzulayan insanlara satmağı nəzərdə tutur. Layihənin dəyəri, nömrə və turların qiyməti hələlik məlum deyil.

Nubar Süleymanova, “İki sahil”