1918-ci il 31 mart tarixi erməni qəddarlığının daha bir bariz nümunəsidir.
"İki sahil" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib.
Martın 31-də törədilən hadisələrin Bakı və ətraf bölgələrdəki azərbaycanlıların məhv edilməsi məqsədilə həyata keçirilən soyqırımı olduğunu xatırladan A.Suver deyib: “1918-ci il martın 31-də isə S.Şaumyanın rəhbərlik etdiyi qondarma Bakı Sovetinin əli ilə təxminən 12 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər Qafqazda əhalisinin böyük əksəriyyətini təşkil edən müsəlmanlar azərbaycanlılar üzərində demokratik yolla hakimiyyət əldə edə bilməyəcəklərini başa düşdükləri üçün martın 31-də və aprelin 4-də azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Bu soyqırımının əsas məqsədi azərbaycanlıların etnik təmizlənməsi idi. Bütün türk dünyasının ən ağrılı faciələrindən biri olan 31 mart soyqırımının sovet dövründə dilə gətirilməsinə heç vaxt və heç bir vəchlə icazə verilməyib. Kommunizmin süqutu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bu qanlı hadisələr barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasına başlanıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 103 il əvvəl həyata keçirilən bu soyqırımı və etnik təmizləmə erməni millətinin əsl simasını və xislətini ortaya qoydu”.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib