Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının birgə layihəsi çərçivəsində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Memorial Soyqırım Kompleksinə virtual səyahət təşkil edilib.
“İki sahil” xəbər verir ki, “Zoom” proqramı üzərindən həyata keçirilən tədbirdə Quba Soyqırım Memorial Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və Kompleksin mütəxəssisi Əbutalib Turabov izləyicilərə ətraflı və geniş məlumat veriblər.
Bəstəkar Sevgi Son Sualp Soyqırımın onda buraxdığı təəssüratdan danışıb.
Çıxış edənlər, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədr müavini Ceyran Səttarova, yazıçı İradə Əlili soyqırım qurbanlarının xatirəsini anaraq bu tarixin unudulmayacağını qeyd ediblər.
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Abşeron Binə Peşə Liseyinin müəllimi Zərifə Ağayeva və Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Aynur Tağıyeva belə tədbirlərin həyata keçirilməsinin təqdirəlayiq addım olduğunu vurğulayıblar.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib