30 mart 2021 11:39
1075

SOCAR istehsal etdiyi benzinin keyfiyyətini yüksəldəcək

Koronavirus (COVID-19) pandemiyası ötən il Azərbaycan Devlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ilə bağlı işlərin gecikməsinə səbəb olsa da, müəssisədə yenidənqurma işləri dayandırılmayıb.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, zavodda yeni qurğuların ardıcıl istismara verilməsi istehsal olunan benzinin keyfiyyətinin yüksəlməsinə, daha təmiz ekoloji mühitin yaranmasına təkan verəcək.