30 mart 2021 13:42
1166

Koronavirus vaksinasiyasını yekunlaşdıran İLK ÖLKƏ

Cəbəllütariq dünyada koronavirus əleyhinə vaksini yekunlaşdıran ilk ölkə olub. Bu haqda məlumatı Böyük Britaniyanın səhiyyə naziri Metta Henkoka istinadən “RİA Novosti” agentliyi yayıb.

“Biz digər ərazilərimiz kimi Cəbəllütariqi də vaksinlə təmin edirik. Mən parlamentə böyük sevinclə bildirmək istəyirəm ki, Cəbəllütariq bütün yetkin yaşlı əhalisinin peyvəndlənməsini həyata keçirib bitirən ilk ölkə oldu”,-deyə nazir bildirib.

Böyük Britaniyanın kənar ərazisi sayılan Cəbəllütariqin təxminən 34 min əhalisi var. Orada yaşayan əcnəbilər də vaksinasiyada iştirak hüququna malikdirlər.

Xatırladaq ki, Böyük Britaniya koronavirus əleyhinə “AstraZeneca”, “Pfizer” və “BioNTech” peyvəndlərindən istifadə edir.

Nubar Süleymanova, “İki sahil”