Bir çox köçəri quş növü müəyyən dəstələr yaradaraq müntəzəm qruplarda uçurlar.
Bu qruplar üçbucaq (V) formasında olur.
Bəs, niyə məhz bu formada?
Quşların bu üsulla uçması enerji sərfiyyatını azaldır və dəstədəki quşların arasında əlaqəni təmin edir. Dəstədəki quşlar, özündən irəlidəki quşun azacıq yana doğru arxasında uçur, bu zaman qarşısındakı quşun qanadlarının yaratdığı yüksək hava axınından istifadə edirlər. Bundan əlavə arxadakı quş özündən əvvəlki quşun qanad hərəkətini rahatca görür və bütün quşlar eyni, sinxron qanaq çalırlar.
Əslində qırıcı təyyarələr də V şəklində uçanda yanacağa qənaət edirlər. Quşlar da bu səbəbdən üçbucaq şəklində uçurlar.
Quşların bu üsulu necə bilməsi, ən öndə uçan başçı quşu necə seçmələri isə hələ də bilinmir.
Röya Rasimqızı, "İki sahil"