30 mart 2021 16:21
1023

Peskov Putinin əsas hobbisinin adını açıqlayıb

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin ən sevdiyi məşğuliyyəti açıqlayıb. O bildirib ki, Vladimir Putin boş vaxtlarını kitab oxumaqla keçirməyi xoşlayır. “Onun hobbisi kitab oxumaqdır. Xüsusilə, tarixi ədəbiyyat, memuarlar və s. oxumağı sevir”,-deyə Peskov bildirib.

Peskov həmçinin onu da qeyd edib ki, Putin almandilli və ingilisdilli telekanallara baxır, həftədə bir neçə dəfə ingilis dili ilə məşğul olur.

Peskov Putinin bu ay Sergey Şoyqu ilə etdiyi tayqa gəzintisi barədə də danışıb.

Peskov qeyd edib ki, bu, prezident üçün ilk belə təcrübə deyil.

“Kişilərin böyük əksəriyyəti kimi, o da maşın sürməyi sevir. Ancaq vəzifəsi səbəbindən praktik olaraq bu zövqdən məhrumdur ”, -deyə Peskov açıqlayıb.

Nubar Süleymanova, “İki sahil”