İslandiyada 6000 ildən sonra püskürən vulkan hələ də fəalliyətdədir. Alimlər bu hadisənin on illərlə uzanacağını təxmin ediblər.
İslandiya Universitetinin vulkanologiya professoru Thorvaldur Thordarsonun sözlərinə görə, püskürmənin nə vaxt bitəcəyini və ya illərlə davam edə biləcəyini dəqiql heç kim söyləyə bilməz. Reykyanes adasında yerləşən "Fagradalsfyadl" adlı bu vulkanın püskürəməsini izləmək üçün dünyanın bir çox yerindən 10 mindən çox turist gəlib.
Bu haqda məlumatları "Reuters" informasiya agentliyi yayıb.
T.Thordarsonun verdiyi məlumata görə, bəlli olub ki, yanardağ 19 martdan oyanıb. Vulkanoloqun dedikləri görə, vulkan o vaxtdan bəri 5-10 m³ / s-ə sürətlə püskürməyə başlayıb. O, həmçinin qeyd edib ki, lavanın axını kifayət qədər güclüdür. Lavalanın bərkiməsi və püskürmə prosesinin bir azda olsa azalması üçün püskürmə sürəti 3 m³ / s-ə çatmalıdır.
Vulkanoloq "Fagradalsfyadl" vulkanının püskürməsini müsbət hesab etsə də, insanlara xəbərdarlıq edərək ona yaxın durmağı məsləhət görməyib. T.Thordarson, həmçinin bu hadisəni 1983-cü ildə başlayan və 35 il davam edən Havaydakı "Puu Oo" vulkanının püskürməsi ilə müqayisə edib.
Mülki Müdafiə və Təcili Yardım İdarəsinin layihə meneceri Agust Gilfason, ilk həftə ərzində 10 mindən çox insanın vulkan püskürməsini izləməyə gəldiyini təsdiq edib.
Samirə Tağıyeva, "İki sahil"