30 mart 2021 19:52
1154

Festival faciəyə döndü - 41 nəfər həyatını itirdi/FOTO

Hindistanda ənənəvi "Holi" bahar festivalı zamanı baş verən şiddət nəticəsində ölən və yarananlar var. 

“İki sahil” xəbər verir ki, polis son iki gündə Bihar əyalətində festival zamanı baş verən şiddətdə 3-ü uşaq olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb. 38 nəfərin yaralandığı ifadə edilib. Hindistanda xalq bir çox əyalətdə yeni növ koronavirus (COVID-19) tədbirlərinə qarşı çıxaraq ənənəvi bahar festivalı Holini qeyd etmək üçün küçələrə çıxıb.

Rənglərin festivali

Hindlilər arasında yaxşılığın şər üzərində qələbəsini təmsil edən Holi Festivalı, eyni zamanda qışın bitməsini və baharın başlanğıcını bildirir.

Festivaldan  bir gün əvvəl tonqallar yandıran hindlilər burada müxtəlif dini ayinlər keçirirlər. Festival günü təşkil edilən qeyd etmələrdə hindlilər bir-birlərini isladır və rəngli tozlar atırlar. Bu səbəbdən Holi bir çox ölkədə "rənglərin festivalı" kimi tanınır.

Xatırladaq ki, bu festival əsasən Hindistan, Nepal və Şri-Lankada təşkil olunsa da, bu gün hind diasporu vasitəsi ilə dünyanın bir çox ölkəsinə yayılıb.

Vüsal Cahanov, “İki sahil