31 mart 2021 13:31
1163

SOCAR 31 Mart Soyqırımı ilə bağlı paylaşım edib - VİDEO

SOCAR "telegram" sosial şəbəkəsində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı paylaşım edib.

"İki sahil"in məlumatına görə, paylaşımda qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar tarixdə soyqırım faktı kimi yer alıb.

Soyqırım qurbanlarını ehtiramla anırıq!