31 mart 2021 15:38
1382

ADAU-da onlayn anım tədbiri keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

"İki sahil" xəbər verir ki, tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1918-1920-ci illərdə mənfur ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələr haqqında məlumat verib. Həmçinin bildirilib ki, bu il biz Ali Baş Komandanımız və qüdrətli ordumuz sayəsində şəhidlərimizin müqəddəs ruhu qarşısında üzü ağ dayanmışıq. 44 günlük Vətən müharibəsində qazandığımız zəfəri məhz şəhid və qazilərimizə borcluyuq. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək ən qəddar və amansız terror hadisələrindən biri olan “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” haqqında deyib ki, mart soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. O, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanıların soyqırımı haqqında”  fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Daha sonra müəllimlərdən İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, Səbinə Əlizadə, tələbələrdən İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aytac Hüseynova, Aqronomluq fakültəsinin II kurs tələbəsi Ülviyyə Qəhrəmanova, Aqrar mühəndislik  fakültəsinin I kurs tələbəsi Nərmin Xəlilova “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” haqqında, eləcə də müxtəlif vaxtlarda erməni daşnaklarının Azərbaycanın digər bölgələrində törətdikləri qanlı cinayətlər haqqında danışıb və şeir parçaları ilə çıxış ediblər.