01 aprel 2021 14:48
2332

“Mart soyqırımı” adlı dəyirmi masa keçirilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Mart soyqırımı" adlı dəyirmi masa keçirilib.

"İki sahil" xəbər verir ki, onlayn təşkil olunan görüşdə hər iki mərkəzin dərnək üzvləri, pedaqoji və inzibati işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti görüşün məqsədi barədə məlumat verib. Daha sonra mart qırğını ilə bağlı videoçarx nümayiş olunub.

Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc fəalları Quba Soyqırımı Memorial Kompleksi barədə və Quba qırğını ilə bağlı şəkillər üzrə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Həmçinin dərnək üzvləri mövzu ilə bağlı şeirlər səsləndirib, rəsm işlərini nümayiş etdiriblər.

Görüşün sonunda tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Böyük Qələbə sevincini xalqımıza yaşatdığına görə cənab Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuzun igid əsgər və zabitlərinə təşəkkürlərini ifadə edib, şəhidlərimizə rəhmət diləyiblər.