01 aprel 2021 17:04
1097

Torpağının qapısında maşın saxladı, görün nə etdi

Tarlanın qapısında dayanan maşının götürülmədiyini görən qəzəbli fermerin qisası millət vəkilinin "Twitter" hesabı ilə elan edildi.

”İki sahil” xəbər verir ki, Uelsdə bir fermer torpağının qapısında maşınını saxlayan sürücüyə ömürlük bir dərs verdi. Yaşıllar Partiyasının millət vəkili Emily Durrantın “Twitter” hesabında paylaşdığı foto qısa müddətdə İngiltərə mediasının diqqətini çəkib.

Sahəsini çəpərlərlə örtmüş əkinçi torpağına girmək üçün də bir qapı qoyub. Ancaq söz mövzusu qapının qarşısında boş bir maşın dayandığını görüb. Avtomobil çəkilmədikdə qəzəbli fermer sürücüyə qarşı qeyri adi bir addım atmağa qərar verib. Maşını metal çəpərlərlə əhatəyə alaraq gedib. Siyasətçi Emily Durrant, çəpərlər arasında qalan avtomobilin fotoşəkilini çəkdikdən sonra "Twitter"də bir paylaşım edib. Paylaşımda ​​Durrant, "Ancaq xahiş edirəm axmaq olmayın və təsərrüfat qapılarında park etməyin" deyərək Uelsə gələn hər kəsi salamladıqlarını bildirib.Xatırladaq ki, Durrant avtomobilin ətrafına qoyulmuş çəpərlərin yeni bir “Twitter” paylaşımından sonra qaldırıldığını elan edib.

Vüsal Cahanov, ”İki sahil”