Tədqiqatçılar Argentinada "Llukalkan aliocranianus" adlı yırtıcı dinozavrın qalıqlarını aşkar ediblər. Həmin dinozavrlar məhz tiranozavrların bir növünə aid olublar.
Alimlərin sözlərinə görə, " Llukalkan aliocranianus" adlı yırtıcılar məhz " Abelisaurid"növünə mənsub idilər. Onlar Şimal yarımkürədə təxminən 80 milyon il əvvəl yaşayıblar.
Ehtimal olunur ki, "Cretaceous" dövrünün sonlarında bütün Pataqoniyada, indiki Argentinada yaşayan bu dinozavrların uzunluğu beş ilə doqquz metrə arasında olub. Onların güclü çənələri, çox iti dişləri və nəhəng pəncələri var idi. Bu növ yırtıcılar, həmçinin Afrika, Hindistan, Antarktida, Avstraliya və Cənubi Amerikada yaşayırdılar. Hal-hazırda bu növün təxminən 10 növü tanınmaqdadır.
Bu yırtıcı heyvanın adı" Mapuche" hindilərinin dilində "qorxulu", latınca isə "aliocranianus" "başqa bir kəllə" mənasını verən "llukalkan" sözündən götürülmüşdür.
Qeyd edək ki, bu yırtıcıların qalıqları Argentinanın məşhur "La - Invernada" sahəsinin yaxınlığındakı "Badjo-de- la- Carpa"da aşkar olunub.
Samirə Tağıyeva, "İki sahil"