02 aprel 2021 11:43
1126

Hadisə ərə gedir - FOTO

Türkiyəli pop ulduz Hadisə ailə quracaq.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu müğənninin sevgilisi Kaan Yıldırımın anası Seyhan Yıldırım bildirib.

O, İstanbulun Beykoz rayonunda oğluna məxsus evdə qalan kirayənişinə zəng edərək bağladıqları müqaviləni yeniləməyəcəklərini qeyd edib.

“Oğlum evlənir, evə o köçəcək”, - deyə aktyorun anası kirayənişinə deyib.

Qeyd edək ki, Hadisə və Kaan Yıldırım yayda evlənəcəkləri barədə xəbər fevral ayında yayılmışdı.