02 aprel 2021 14:40
1506

Bu adada insanlardan 6 dəfə çox pişik yaşayır - FOTO

Pişikləri sevirsinizsə, bu yer tam sizin üçündür.

“İki sahil” xəbər verir ki, bu yerdə insanlardan daha çox pişik yaşayır. Bura “pişik adası” olaraq da bilinir. Əvvəllər bir balıqçı şəhəri olan bu yerdə indi bir çox insan yaşayır. Pişiklər də burada yaşayanların sayından təxminən 6 dəfə çoxdur. Yəni, bu adada insanlardan daha çox pişik yaşayır. Balıqçıların adadakı siçanlardan canını qurtarmaq üçün gətirdikləri pişiklər nəzarətsiz şəkildə çoxaldıqda Yaponiyanın Aoshima adasında işlər çətinləşməyə başlayıb. Bu ada pişiklərin insanlardan çox olmasına görə yerli və xarici turistlərin marağını cəlb edib. Bura yeri gəldikdə, pişikləri yalnız bir yerdə bəsləmək mümkündür. Limanın yaxınlığında pişiklər üçün bir yemləmə sahəsi var. Bura turistik bir məkan olsa da, turistlər üçün nəzərdə tutulmuş yer deyil. Ancaq adada otel, restoran və dükan yoxdur. Buraya gələrkən hər kəs öz yeməyini gətirməlidir.

1950-ci illərdə 900 nəfərin yaşadığı ada köçlər səbəbindən xeyli azalmışdır. Ada sakinlərini pişiklər və təqaüdçülər təşkil edir. Buraya Yaponiyanın cənubundakı Ehime əyalətindən yola çıxan gəmilərlə gələ bilərsiniz. Bu adaya gündə yalnız 2 gəmi gəlir. Əgər pişiklərlə dolu bir ada sizə maraqlı gəlirsə, bu yer sizə görədir. Əslində, pişiklərin üstünlük təşkil etdiyi bu ada Yaponiyada yeganə “pişik adası” deyil. Balıqçılıq şəhəri olan Tashirojima, Aoshima kimi, insanlardan daha çox pişik olan bir adadır. 1950-ci illərdə bu adanın əhalisi 1000 nəfər idisə, bu gün yalnız 85 yaş və yuxarı yaşda olan təqaüdçülər yaşayır. İllərdir balıq ovlayan yerli insanlar tərəfindən pişikləri bəsləmək və yaxşı qulluq etmək, zənginlik və sərvət gətirəcəyinə inanılır. Bu adaya digər ev heyvanlarının belə girməsinə icazə verilmir. Yəni, ada sözün əsl mənasında “pişik adasıdır”. Hətta ölü pişiklərə həsr olunmuş bir pişik məbədi və muzeyi də var.

Bütün pişiklər mehribandır, lakin hər biri fərqlidir. Yaxınlaşarkən diqqətli olmaqda fayda var.

Vüsal Cahanov, “İki sahil”