İsveçrədə yerləşən "Pilatusban "dəmiryolu, sözün əsl mənasında, dünyanın ən dik hissəsidir . Qeyd edək ki, 1889-cu ildə açılan bu dəmiryolu artıq 1937-ci ildə elektrikləşdirilmişdir. Bu dəmiryolu xətti dünyada ən çox əyilmə bucağı olanlar sırasında birincidir. Onun əyilmə bucağının dərəcəsi 48%-ə çatır. Bu dəmiryolu adrenalin sevən insanları tam istədikləri zirvəyə çatdıracaq. Əlavə edək ki, "Pilatusban" xəttində 10 vaqon işləyir və hər biri 10 adama qədər daşıya bilir.
Dəmiryolunun tikintisi Eduard Loher adlı bir mühəndisin layihəsinə uyğun olaraq həyata keçirilmişdir.
Samirə Tağıyeva, "İki sahil"