05 aprel 2021 13:41
1384

Yeraltı sirli şəhər- Derinkuyu/FOTO

Derinkuyu, Türkiyənin tarixi Kapadokya bölgəsinin ən maraqlı yerlərindən biridir. Roma dövründən qalma tikililərin olduğu bu yeraltı şəhər 1963-cü ildə təsadüfən tapılıb. Kilsələrin, ictimai sahələrin və dünyanın ən qədim ruhi xəstəxanasının yerləşdiyi bu yer, yerli və xarici turistlərin diqqət mərkəzində olub. Gəlin bu tarixi yerlə birlikdə tanış olaq.

“İki sahil” xəbər verir ki, qədim dövrlərdə adı Melogobia olan Derinkuyu, Kapadokya bölgəsindəki ən tarixi yerlərdən biridir. Tarixi iki min il əvvələ gedən bu yeraltı şəhər Roma dövründə əhəmiyyətli məkanlardan biri olub.

Şərqi Roma (Bizans) dövründə əhalisi artan və müxtəlif ictimai yerlər də yeraltı boşluqlardan əmələ gələn Derinkuyu həmin dövrdə qızıl çağını yaşayıb. İlk xristianların əsasən qorunmaq üçün yaşamağı üstün tutduqları bu sirli şəhər, bu gün bu dinə inanan insanlar tərəfindən də böyük əhəmiyyət daşıyır. Əsrarəngiz görünüşü və bir çox epizodu ilə itirilmə ehtimalı yüksək olan bu yerin yadplanetlilər tərəfindən qurulduğu fikri də bir müddət qarışıqlıq yaratmışdı. Sonradan tərk edilmiş və zamanla unudulmuş Derinkuyu 1963-cü ildə yenidən kəşf edilib. Aparılan yenidənqurma işlərindən sonra 1967-ci ildən turizm sektorunda məşhurlaşan Derinkuyuda yerin 2,5 kilometr dərinliyinə enmə fürsəti var. Ancaq bütün ərazi 4 kilometri əhatə edir. Bu şəhərin digər bir cəhəti də dünyanın bilinən ən qədim ruhi xəstəxanasına ev sahibliyi etməsidir. Yüzlərlə il əvvəl yeraltı dərinliklərdə bir ruhi xəstəxana olduğu bilinir. Səkkiz mərtəbəni ziyarət edə biləcəyiniz bu yeraltı şəhərdə bu kəşfə başlamazdan əvvəl 50 metrlik yeraltı ərazini səyahət etmək lazımdır. Nevşehir yaxınlığında yerləşən bu yeraltı şəhərə Niğde-Nevşehir magistral yolu ilə çatmaq mümkündür.

Vüsal Cahanov, “İki sahil”