Arxeoloqlar İngiltərənin Uels şəhərində metal detektorları vasitəsilə orta əsrlərə aid 9 ədəd qədim xəzinə aşkar etmişlər.Həmin xəzinələrin birində "Memento Mori"("Ölümü unutmayın") yazısı olan bir qızıl üzük var idi. Həmin üzüyün üzərində, həmçinin onun sahibinin kəlləsi həkk olunmuşdur.
Bu doqquz tapıntı Pouis və Glamorgan vadisində aşkar olunaraq Uelsin Milli muzeyinə təhvil olunub. Qeyd edək ki, qədim tapıntılar arasında üç qızıl və gümüş sikkə , həmçinin Uelsdə ilk dəfə icad olunan Anglosakson üslubunda olan saç sancağı var idi. Bu tapıntıların hər birisi Uels cəmiyyətinin zəngin üzvlərinə məxsus olan və eramızın 9-17-ci əsrlərinə aid olan şəxsi əşyalar idi.
Uelsin Milli muzeyində işləyən tədqiqatçıların düşüncələrinə görə, "Memento Mori" üzüyü 1550- 1650-ci illər arasında istehsal edilmişdir. Üzüyün üzərində olan ağ emaldan yazı və burada həkk olunmuş kəllə irəli sürülən bu fikri təsdiq etmiş olur.
Dövlət qurumları bu tarixi əsəri milli kolleksiya üçün əldə edəcəyini vurğulayaraq söylədi. Uelsin Milli muzeyinin nadir kolleksiyalar və araşdırmalar rəhbərinin müavini tarix elmlər doktoru Mark Redknappın dediklərinə görə, bu qədim üzüyün mənşəyi artıq bəllidir. Qədim üzük məhz Tudorlar və ya erkən Stuartlar sülaləsinə aiddir.
Onun sözlərinə görə, üzüyün üzərində olan bədbin yazılar həyatın qısalığını vurğulayaraq, o dövrün yüksək ölüm nisbətini əks etdirir.
Samirə Tağıyeva, "İki sahil"