Kipr sakini dünyada ən uzun fatası ilə Ginnesin Rekordlar kitabına düşüb.
"İki sahil" xəbər verir ki, Mariya Paraskeva uzunluğu 7 km-ə çatan baş örtüyü düzəldib. Bildirib ki, uşaqlıdan belə bir fata düzəldib Ginnesin Rekordlar kitabına düşmək arzusu olub. Bu arzusunu reallaşdırmaq üçün ona altı saat və 30 könüllü lazım olub. Bununla bağlı video 25 min "like" yığıb.