06 aprel 2021 10:35
1334

Topladığı qədim əşyalardan özünə iş qurdu - FOTO

Türkiyənin Niğde şəhərində 12 ildir xırda dəmirçilik edən Emre Sabanlı yığdığı qədim metal əşyalardan iş qurub.

“İki sahil” xəbər verir ki, hobbi kimi cib saatlarını toplayan Sabanlı kolleksiyasında 50 və 100 illik saatlara sahibdir. Şəhərdə metal qırıntılar yığan elektrik Emre Sabanlı, eyni zamanda hobbi olaraq qədim dəyərli əşyalardan özünə yeni bir iş qurub. Hobbisi zamanla böyük işə çevrilən Sabanlı cib saatları düzəltməyə başladı. Artıq topladığı əşyaları evinə sığışdıra bilməyən Sabanlı bir dükan açaraq bu əşyaları həm sərgiləmək, həm də satmağa qərar verib.

Mağazasında Osmanlı dövrünə aid saatların olduğunu söyləyən Sabanlı “dəmir qırıntıların içindən qədim əşyaları toplamağa başladım və işə çevirdim. Evimdə topladığım qədim əşyaları açdığım dükanın vitrininlərdə sərgiləyirəm” deyib.

Sabanlı dükanın qədimi əşya həvəskarların tez-tez ziyarət etdiyini bildirib: “Hər kəsin radio, saat, televizor, silah, bıçaq, tüfəngə xüsusi marağı var. Mən də ən çox cib saatını sevirəm və əsasən mağazamda bunlar var. Saatların yaşı 50 ilə 100 arasında dəyişir. Ən çox tələb saatla bağlıdır. Bu işin həvəskarları gəlib saatla maraqlanırlar. Bu saatlara olan sevgim babamdan gəlib. Babam əvvəllər saat ustası işləyirdi. Onun yanına gedib saat təmir edərkən izləyərdim. O vaxtlar saatları çox sevirdim. Uşaqlıqdan başlayan sevgim yaşlandıqca artdı.”

Vüsal Cahanov, ”İki sahil”