07 aprel 2021 18:44
998

FİFA-dan Pakistanla bağlı qərar

FİFA Çad və Pakistan Futbol Federasiyalarının quruma üzvlüyünü dayandırıb.

"İki sahil” xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin futbol federasiyası hökumətin futbola müdaxiləsi səbəbindən cəzalandırılıb.

Çad və Pakistanda ölkə rəhbərliyi tərəfindən futbolla bağlı verilən qərarlar aradan qaldırılacağı halda, ölkələrin üzvlüyü yenidən bərpa olunacaq.