2021-ci ilin martında Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü "SOCAR Ukraine" şirkəti olub.
"İki sahil" bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir. Hesabat dövründə şirkət Ukraynaya 2,3 min ton benzin tədarük edib. WOG tərəfindən 2,2 min ton, "Amik Ukraina" tərəfindən 2 min ton, "Alyans Oyl Ukraina" tərəfindən 1,3 min ton benzin tədarük olunub.
Ümumilikdə, mart ayında Ukrayna 92,3 min ton avtomobil benzini idxal edib.