08 aprel 2021 03:05
546

Daimi baş ağrılarının səbəbləri nədir?

"Orta yaşlı insanlarda müntəzəm baş ağrısı yüksək qan təzyiqi, yaşlı insanlarda isə qlaukoma inkişafı (gözdaxili təzyiqin yüksəlməsi) ilə əlaqələndirilə bilər".

"İki sahil" xəbər verir ki, bunu həkim-terapevt İrina Yarçeva deyib. Onun sözlərinə görə, baş ağrısını həmçinin stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı da yaradır. "Buna görə yuxu, iş və istirahət rejiminizi uyğunlaşdırın, stress səviyyəsini də izləmək çox vacibdir. Yəni vaxtında işinizə ara verin, diqqətinizi yayındırın, idmanla məşğul olun. Profilaktik tədbir olaraq müntəzəm olaraq baş nahiyənizə masaj və gimnastika etmək lazımdır".

Həkim bildirib ki, baş ağrısından tez zamanda qurtulmaq üçün steroid olmayan antiinflamatuar dərmanlardan istifadə etmək lazımdır.