Bu gün Ağdaban soyqırımının 29-cu ildönümüdür.
"İki sahil" xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonunun işğalı zamanı Ağdaban kəndində olan 130 evinin hamısını yandırıb. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verib, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib