08 aprel 2021 09:36
479

ABŞ Fələstinə maliyyə ayırmağa davam edəcək

ABŞ Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara kömək və yardım agentliyi vasitəsilə Fələstinə yardımlarını bərpa edir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında bildirilir.

"ABŞ ölkə Konqresi ilə birlikdə Fələstin xalqına iqtisadi, humanitar və inkişaf yardımlarını bərpa etməyi planlaşdırdığımızı məmnuniyyətlə elan edir. Ayrılan məbləğin 75 milyon dolları İordan çayının qərb sahili və Qəzza zolağında iqtisadi və inkişaf sahələrində yardım, 10 milyon dollarlı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsi ilə sülhməramlı proqramlar və 150 ​​milyon dollar Millətlər Təşkilatının fələstinli qaçqınlara kömək və yardım agentliyi vasitəsilə humanitar yardım üçün nəzərdə tutulub", - amerikan diplomat qeyd edib.