08 aprel 2021 11:39
1596

Dümanın “Qafqaz səfəri” əsəri üçün bütün şəkilləri Muane çəkib

SOCAR “Telegram” sosial şəbəkəsində məşhur fransız yazıçısı Aleksandr Dümanın 1858-1859-cu illərdə Qafqaza səyahəti zamanı Azərbaycana səfəri ilə bağlı maraqlı məlumat paylaşıb.

“İki sahil” həmin məlumatı təqdim edir:

1858-1859-cu illərdə Qafqaza səyahəti zamanı Azərbaycana gəlmiş məşhur fransız yazıçısı Aleksandr Düma bu səfərinə istedadlı rəssam Jan Pyer Muane ilə çıxmışdı. Aleksandr Düma və Jan Pyer Muane Bakını və ətraf kəndlərini gəzmiş, xeyli maraqlı məlumatlar toplamış, təsvirlər hazırlamışdılar.

Dümanın “Qafqaz səfəri” əsəri üçün bütün şəkilləri Muane çəkib.

Həmin əsərlərdən biri hazırda Moskvada Puşkin adına Təsviri Sənət Muzeyində qorunur.