Robot istilası bəzi bədii filmlərin əsas sujet xəttini təşkil edir. Lakin “Twitter”də yayılan bir video bunun artıq reallıqdan o qədər də uzaq olmadığını deməyə əsas verib. İstifadəçilərdən biri Çinin “Unitree” robototexnika şirkətinin birlikdə hərəkət edən dördayaqlı maşınlardan ibarət bir klipini paylaşıb. Aliengo adlı “AI” mühərrikli, köpəyəbənzər robot dərinlik qavrayışı, yüksək idman performansı və inkişaf etmiş bir qoruma səviyyəsi ilə dizayn edilmişdir.
Qısa videoda onlarla robotun çöməlmiş bir vəziyyətə gəldiklərini, irəli əyildiklərini və sonra əvvəlki vəziyyətlərinə qayıtdıqlarını görmək olur.
Müxtəlif reaksiyalara səbəb olan video “The Terminator” və “Black Mirror”dan olan səhnələrə bənzədilib.
“Aliengo” sürətinə görə qiymətləndirilir - saniyədə təxminən 10 fut və ya bir saatda 7 mil gedə bilər.
Görünüşcə “Boston Dynamics”in məşhur “Spot” robotuna bənzəsə də, əmr verilən kimi onlarla hərəkəti bir anda görmək funksiyası “Twitter” istifadəçiləri arasında qorxuya səbəb olub.
Nubar Süleymanova, “İki sahil”