Böyük Mavi Delik- Beliz
Böyük Mavi Delik , Beliz sahillərindəki nəhəng dəniz çuxurudur. Beliz şəhərindən 70 km (43 mil) məsafədə yerləşən kiçik bir atol olan "Lighthouse Reef" mərkəzinin yaxınlığında yerləşir. Sözügedən çuxur dairəvi formadadır, eni 318 m və 124 m dərinliyə malikdir. Böyük Mavi Delikdə tapılan stalaktitlərin təhlili göstərir ki, onlar 15.000 il əvvələ aiddirlər. Qeyd edək ki, bu təbii memarlıq möcüzəsi" Beliz Bariyer Reef Rezerv" sisteminin bir hissəsidir.
Şokolad Təpələri-Filippin
Şokolad təpələri Filippinin Bohol əyalətində sayı 1500-ə yaxın olan əhəngdaşı kurqanlarıdır. Təpələr adətən yaşıl ot ilə örtülü olur, quru mövsüm zamanı isə sahə tünd-qəhvəyi rəngə çevrilir. Bu səbəbdən də təpələr “Şokolad təpələri” adlanır.
Üstü hamar olan təpələrin hündürlüyü 50 metrdən 150 metrə çatır. Təpələr ümumi 50 kvadrat kilometr sahəni əhatə edir.
1988-ci ildə Şokolad Təpələri Filippinin üçüncü Milli Geoloji abidəsi elan edilib. Onların UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi nəzərdə tutulur.
Şokolad təpələrinin mənşəyi hələ də dəqiqləşdirilməyib. Məşhur dünya alimlərinin bu mövzuda fikirləri fərqlidir. Bəziləri təpələrin qeyri-adi bir formada olmasının səbəbini məhz aktiv vulkanların fəaliyyəti ilə izah edir, digərləri isə təpələri mərcan çöküntülərinin məhsulu hesab edirlər. Bu barədə hələ də araşdırmalar aparılmaqdadır. Yerli əhali isə təpələrin yaranma səbəbini müxtəlif: sevgi, müharibə, nəhənglər haqqında əfsanələrlə əlaqələndirilər. Qeyd etmək lazımdır ki, bu geoloji formasiyalar Filippinin ən vacib turizm yerləri siyahısına daxil edilmişdir.
Türkmənistanın Cəhənnəm qapısı
Cəhənnəm qapısı Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir.
1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı böyük bir çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqliyyat vasitələri çuxura düşmüş, buna baxmayaraq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin onlar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kraterdən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir.
2010-cu ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "Cəhənnəm qapısı"nı ziyarət etmiş və regionun digər qaz yataqlarındakı hasilata zərər gəlməsin deyə çuxurun doldurulması ilə bağlı göstəriş vermişdir. 2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə enmişdir. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etməyə müvəffəq olmuşdur. Bu bakteriyalara yer üzünün digər nöqtələrində rast gəlinmir və həmin bakteriyalar kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla mövcud olurlar.
Wulingyuan Dağları- Çin
"Avatar" filmindəki Pandora planetində yerləşən qeyri-adi gözəlliyyə malik olan uçan dağlar rejissorların ixtirası deyil. Əslində bu dağlar təbiətin bir möcüzəsidir. Çinin "Zhangjiajie Milli Parkı"nın bir hissəsi olan bu dağ massivinin adı " Wulingyuan"dır. Burada yerləşən qayaların sayı 3000 mindən çoxdur və hündürlüyü 800 metrə qədərdir. "Avatar" filminin sayəsində turistlər buranı ziyarət etməkdən zövq alırlar.
Erebus vulkanı- Antarktida
Erebus Antarktidanın Cənub qütbündə yerləşən ən fəal vulkanlardan biridir. Dəqiqliyi ilə desək, bu vulkan Ross adasında yerləşir. Erebusun hündürlüyü 3794 metr təşkil edir. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross tərəfindən kəşf edilib. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Hal-hazırda Nyu-Meksiko ştatının texnologiya mühəndisləri tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Qeyd edək ki, Erebus vulkan qədim yunan mifalogiyası tanrılardan biri olan Erebin şərəfinə adlandırılıb.
"Kasha-Katuwe" Çadır Qayaları abidəsi - ABŞ
Bu milli abidə, Santa Fe şəhərindən 60 kilometr məsafədə, Nyu- Mexico əyalətində yerləşir və vulkanik qayaların çökməsi səbəbindən meydana gəlmişdir.
Ischigualasto Təbii Parkı- Argentina
Qeyri-adi, ekzotik mənzərələri ilə Argentina dünyanın hər yerindən turistləri və səyahətçiləri cəlb edir. Argentinanın incisi kimi tanınan "Ischigualasto Təbii Parkı" yerli sakinlər tərəfindən ay vadisi adlandırılıb. Parkın tam mərkəzində 80 metr hündürlüyündə yerləşir. 2700 metr enində olan bu möcüzə bir neçə müxtəlif şəlalədən ibarətdir.
Socotra adası- Yəmən
Sokotra adası Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelaqının ən böyük adasıdır. Ada Ədən körfəzinin şərq girəcəyində Afrika buynuzu yarımadasından 250 km şərqdə, Ərəbistan yarımadasından 350 km cənubda yerləşir. Uzunluğu 133 km, eni 42 km, sahəsi 3625 km² təşkil edir. Maksimal hündürlüyü 1505 metrdir.Adanın əsas şəhəri Habeydodur. 2004-ci il məlumatına görə adada 42 442 nəfər yaşayır.
1880-ci ildə adaya ilk dəfə İsaak Valfuronun başçılığı ilə Britaniya ekspedisiyası göndərilib və adada cəmi 48 gün olan ekspedisiya 200-dən çox elmə məlum olmayan bitki aşkarlayıblar. Məhz bu səbəbdən ada "Hind okeanının Qalapaqosu" adını qazanıb.
Ada ərazisində yaşayan əhalinin böyük qismini çobanlar, torpaq sahibləri və balıqçılar təşkil edir.Əsəs məşguliyyətləri qoyunçuluq və davarçılıqdır.
Samirə Tağıyeva, "İki sahil"