08 aprel 2021 16:58
1282

Fransada 3D formatında qədim xəritə? - FOTO

Fransız arxeoloqları Sen-Jermen  zirzəmisində  tunc dövrünə aid bir daş lövhə aşkar etmişlər. Araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, daş lövhənin üzərində olan naxışlar əslində qədim  Avropanın  3D formatında olan  xəritəsidir.

 Bu barədə məlumatlar Fransanın Milli Arxeoloji Tədqiqatlar İnstitutunun saytında yayılıb.

Bu qədim lövhənin zəngin tarixi var. Lövhə, 1900-cü ildə Fransanın Bretan bölgəsində məşhur  arxeoloq Paul du Şatelye tərəfindən qədim  məzarlığın qazılması zamanı aşkar edilmişdir. Lakin nədənsə sonra  itirilmişdir. Ölçüsü təxminən  iki metr olan Saint-Belek adlı bu qədim xəritə , təxminən eramızdan əvvəl 1900-cü ilə aiddir. Alimlərin sözlərinə görə, dünyada ilk dəfə məhz bu xəritənin üzərində Avropanıən müəyyən bir ərazisi təsvir olunmuşdur. Hal-hazırda Çexiya, Polşa və Almaniyadan keçən  Odra çayını da  bu lövhədə görmək olar.

Qeyd edək ki, məhz bu təsvirlər  müasir Avropa ərazisini  müəyyənləşdirməyə yardımçı oldular.

Samirə Tağıyeva, "İki sahil"