09 aprel 2021 12:24
3430

 Həzm sistemi ilə bağlı bunları bilirsinizmi? - FOTO

Orqanizmimizin hansı formada işləməsi, qidanı mayeyə necə çevirməsi haqqında yəqin ki, düşünmüsünüz. Əslində həzm sistemi çox mürəkkəb quruluşdur. Digər həyati vacib orqanların işi maddələr mübadiləsinin stabil işləməsindən çox asılıdır.

Həzm sistemi insanı lazımı enerji ilə təmin edir. Həmin enerji qidadan əldə edilir. Bundan əlavə, həzm sistemi müxtəlif toksinləri orqanizmdən xaric etməklə bizi qoruyur.

Aşağıda həzm sistemi haqqında digər maraqlı faktlarla tanış ola bilərsiniz:

Həzm yolunda qidanın hərəkət müddəti cəmi 7 saniyə çəkir.

Yoğun bağırsağın uzunluğu 6,7 metr təşkil edir, qalınlığı isə 1,8 metrdir.

Ağızdan anus dəliyinədək həzm sisteminin ümumi uzunluğu 9 metr təşkil edir. Təəssüf ki, həzm orqanları bədxassəli törəmələrin ən çox yarandığı orqanlardan biridir.

Qadın və ya kişi mədəsi bir dəfəyə 1,5 litr yemək saxlamaq iqtidarındadır.

Qarın quruldamasının elmdə xüsusi adı var, onu “borborygmi” adlandırırlar. Çox hallarda quruldama qarında isti havanın çoxalması nəticəsində baş verir.

İnsanın tüpürcək vəziləri gündəlik 1-2 litr tüpürcək ifraz edir.

Bağırsaq və beyin arasında qeyri-adi əlaqə mövcuddur. Məsələ ondadır ki, istənilən ciddi emosional vəziyyət maddələr mübadiləsi prosesinə təsir edir.

İnsan mədəsinin fermentləri mütəmadi olaraq, qidanı yağ, karbohidrat və zülallara çevirir. Əslində, peptik xoralar stres və ya zəif qidalanmadan qaynaqlanır. Buna helikobakter pilori bakteriyaları səbəb olur. Sirr deyil ki, amerikalılar çox yeyirlər. Statistikaya görə, bir amerikalı il ərzində orta hesabla 900 kq qida qəbul edir. Yoğun bağırsaq 4 hissədən ibarətdir. İnsan bədənindən qidanın çıxarılması üçün lazımdır. Bu, yalnız bütün qida maddələri digər orqanlarda sorulduqdan sonra baş verir.

İnsanın qaraciyəri kifayət qədər iri orqandır. O, 500-dən artıq funksiya yerinə yetirə bilir. Bura infeksiyalarla mübarizə, toksinlərin neytrallaşdırılması və s. daxildir.

Meteorizm udulmuş hava və qazın çıxışıdır. Bu, bağırsaqda yaranan bakteriyaların hesabına baş verir. Bağırsaqlar çox mürəkkəb ekosistemə malikdir. Orada 300-500 növ müxtəlif bakteriya yaşayır.

Körpələrin mədə-bağırsaq traktı demək olar ki, tərtəmizdir. Orada mikroflora ancaq müəyyən müddət sonra xarici faktorların təsirindən formalaşır.

İnsanlarda epiqlot adlı bir toxuma vardır ki, qidanın və suyun ağciyərə düşməsinə imkan vermir. Epiqlot qırtlağın arxasında yerləşir. Bundan əlavə, epiqlot traxeyanı da qoruyur, oraya müxtəlif predmetlərin düşməsinin qarşısını alır.

Nubar Süleymanova, “İki sahil”