09 aprel 2021 13:44
1169

Simptomlar eynidir, ancaq müalicəyə tabe olmur: Yalançı COVID-19 nədir?

Artıqa tibbdə yalançı COVID-19 anlayışı meydana gəlib. Bu, əsasən allergiyadan əziyyət çəkən insanlarda baş verir.

Bütün simptomlar COVID-19-a bənzəyir, ancaq standart müalicə kömək etmir. Bundan əlavə, ciddi ağırlaşmalara səbəb olur. Yazın çiçəklənmə dövrünədək peyvəndlənməyən allergiyalı insanlarda yalançı COVID-19 simptomları baş qaldırır. Temperatur yüksəlməsi, ciyərlərin zədələnməsi, taxikardiya, hipertoniya və qanda şəkər kimi problemlər yaranır.

SARS-CoV-2 ağciyərlərdə alveolları məhv edir, damarlarda qan laxtalanmasına və qaraciyərin işində problemlərə səbəb olur. Son tədqiqatlar, zədələnmələrin  hətta beyində də meydana gəldiyini göstərir. Alimlər yaxşılaşanların üçdə birində müxtəlif psixiatrik və nevroloji xəstəliklər aşkar ediblər. Bura  yorğunluq, əsəbilik və yuxu pozğunluğu daxildir.

Vaksinasiya prosesində allergik insanların da ön plana alınması artıq vacib hesab olunur. Allergiyanın bəzi simptomları və COVID-19 çox oxşardır. Onları asanlıqla qarışıq salmaq olar. Alimlər artıq “yalançı koronavirus” terminini yaradıblar. Allergik insanlar antihistaminlərlə bərabər koronavirus əleyhinə preparatlar da qəbul etməli olurlar.

Ümumiyyətlə, allergiya düzgün müalicə olunmadıqda gedişatı ağırlaşa və bronxial astma ilə nəticələnə bilər. Bu səbəbdən istənilən özünümüalicə yolverilməzdir.

Nubar Süleymanova, “İki sahil”