09 aprel 2021 16:50
1656

Dünyanın qadağan olunmuş məkanları - FOTO

 "Woomera" poliqonu- Avstraliya

Avstraliya Hava Qüvvələri tərəfindən idarə olunan bu yer nəhəng bir gizli açıq laboratoriyaya bənzəyir. Hər kəs bu poliqonun  mövcud oluğunu bilir, lakin bu əraziyənə daxil ola bilməz.

18.200 kvadratkilometr ərazini əhatə edən" Woomera" sahəsinə görə dünyanın ən böyük poliqonudur. 1947-ci ildə poliqona giriş qadağan olunub.

Avstraliya hökuməti bu ərazidə 35 milyard dollar dəyərində mineral ehtiyatların olduğunu müəyyən etmişdir. Burada  Yerli Torpaq qanununa əsasən kənd təsərrüffatına da icazə verilir. Lakin akriv sınaqlar zamanı həmin icazələr ləğv olunub.

 Jiangsudakı Milli Təhlükəsizlik Təhsili Muzeyi- Çin

Milli Təhlükəsizlik Təhsili Muzeyi Çinin Jiangsu əyalətinin əsas şəhəri olan Nanjingdə yerləşir. Əcnəbilərin bu  muzeyə girməsi qəti qadağandır. Çin vətəndaşları buranı ziyarət edə bilər, lakin hər hansı bir çəkilişin qadağan olunması da daxil olmaqla ciddi qaydalara riayət etməlidirlər. Burada casuslara aid  avadanlıqlar məsələn, qələm və ya siqar şəklində hazırlanmış tapançaları, içərisində gizli sənədləri gizlədə biləcəyiniz içi boş sikkələri və oyun kartları şəklində strateji xəritələri tapa bilərsiniz. Muzeydə ayrıca dinləmə cihazları və əvvəllər millətçi əməliyyatçılar tərəfindən edam edilən kommunist agentlərə xatirə olaraq qoyulan abidələr mövcuddur.

Diego Garcia- Böyük Britaniya

Diego Garcia   Britaniyanın ərazisində yerləşən  adadır. Lakin bu ada  hərbi məqsədlə ABŞ-a icarəyə verilib. İlk dəfə 1966-cı ildə ABŞ-a icarəyə verilən 44 kvadrat kilometrlik ada Çaqos arxipelaqı və  Hind Okeanın ərazisinin bir hissəsidir. Ən yaxın qitədən (Asiya) 1600 kilometrdən çox məsafədə, təxminən Afrika ilə Avstraliya arasındakı Hind Okeanının mərkəzində yerləşən Diego Garcia, ABŞ hərbi qüvvələri üçün strateji bir bazadır və hava qüvvələri əməliyyatları üçün başlanğıc nöqtəsidir.

Çagos arxipelaqında məskunlaşan minlərlə insanlar, 1960-70-ci illərdə buranı tərk etmək məcburiyyətində qaldılar. Həmin insanlar Mauritius və Seyşel adalarına məskunlaşdılar. Ada sakinləri məhkəməyə müraciət etsələr də . 2006-cı ildə İngiltərənin Ali Məhkəməsi məcburi köçkünlərin irəli sürdüyü iddianı rədd etdi.

Birləşmiş Millətlər, Mauritiusun müstəqillik müqaviləsi çərçivəsində adaları əvvəlcə Mauritiusdan alaraq daha sonra Amerika Birləşmiş Ştatlarına  kirayəyə verdi. Gizli baza ictimaiyyət üçün bağlıdır. Burada əsasən ABŞ və Böyük Britaniyadan təxminən 5000 hərbi qulluqçu, aşpazlar və təmizlikcilər yaşayır. Hərbçilərin ailə üzvləri belə" Diego Garcia"ya buraxılmır.

Ise ziyarətgahı - Yaponiya

"Ise" Yaponiyanın Uji-taçi şəhərində yerləşən və  ağaclarla əhatə olunmuş və nəhəng bir taxtadan ziyarətgah kompleksidir.Onun əzasinsdə iki əsas ziyarətgah var: günəş tanrısı Amaterasuya həsr olunan "Naiku" , digəri isə əkinçilik və sənaye tanrısı Toyuke-Omikaminin şərəfinə tikilən "Goku"dur.Qeyd edək ki, bu ərazidə, həmçinin  123  ziyarətgah var.Bura  ziyarət üçün gələn insanlar yalnız darvazaya yaxınlaşa bilərlər. Lakin Şinto tərəfdarları “Yaponiyanın ruhu” hesab etdikləri ziyarətgah kompleksinə daxil olmaq qadağan ediblər. Yaponiyanın ən müqəddəs yerlərindən biri sayılan bu ərazidə söküntü və təmir  işləri 20 ildən çox aparılır." İse"ziyarətgahının 16 əsas binasının, əsas qapısının və Uju körpüsünün bərpasına təxminən  500 milyon dollar xərclənib. Fort-Noks-ABŞ

ABŞ-ın qızıl kassası kimi tanınan Ford-Noksda müasir dünyaya  çox gizli məlumat saxlanılır. Olduqca möhşəm mühafizə edilən bu yerin giriş qapısı 22 tondur və şifrələri gün ərzində bir neçə dəfə dəyişdirilir. Qapısı və divarları nüvə silahına qarşı belə olduqca dözümlüdür. Bütün dünyadakı ən güvənli tikili olaraq tanınmaqdadır. Bura  daxil olmaq istəyən insan  mütləq bir özü ilə ordu gətirməlidir. Çünki, içəridə 30 min nəfərlik ordu sizi gözləmiş olacaq. Burada həm də ABŞ-ın hərbi bazalarından biri yerləşir.

Ruj zonası

1916-cı ildə Fransanın şimal-şərqində 300 gün ərzində davam edən Verden döyüşü zamanı  təxminən 300 mindən çox fransız və alman öldü.

Döyüşün keçirildiyi yer, Ruj zonası (və ya Qırmızı Zona), təxminən 1200 kvadrat kilometrlik keçmiş  əkin ərazisi olmuşdur. Lakin bu zona  münaqişə zamanı viran olmuşdur. Partlamamış hərbi sursatların partladılması səbəbindən Fransa Ruj zonasını xalqa qapalı bir yer olaraq təyin etdi.

Kiprdə BMT-nin bufer zonası

Kipr adası  1974-cü ildən bəri  kiprli yunanlar və kiprli türklər arasında tarixi bir qaynaşma nöqtəsidir. Kiprdə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Surası 1974-cü il qətnaməsinə əsasən bütün xarici qoşunları Kiprdən çıxarmağa çağırırdı.  Zaman keçdikcə kiprli yunan və türk icmaları bir-birindən təcrid olunur və bir-birinə düşmən münasibəti bəsləyirdilər. Yeni hərbi toqquşmaların baş verməsinin qarşısını almaq üçün BMT sülh məramlı qoşun kontingentini adaya göndərməyi qərara alır. Bu gün adanın hər iki hissəsində BMT qüvvələrinin koməyi ilə ayırıcı xətt müəyyənləşdirilmişdir. Yaşıl xətt adanın bu xətt ada ərazisinin 4 faizini təşkil edən ensiz bufer zonası şəklindədir. Adanın yunanlar yaşayan hissəsində Böyük Britaniyanın iki hərbi bazası qorunub saxlanılır. Bu hissədə, həmçinin Yunanıstanın hərbi kontingenti də yerləşir. Türklər yaşayan hissədə isə Türkiyəyə məxsus hərbi kontingent vardır. Adanın yunanlar yaşayan hissəsi 2004-cü ildə birtərəfli qaydada Avropa İttifaqına qəbul edilmişdir. Bu hadisə türk icması tərəfindən çox mənfi qarşılandı.

Imber -İngiltərə

Cənubi İngiltərədəki Salsberi düzənliyi, qorxunc qədim yeri olan Stonlhenç ilə məşhurdur. Lakin ondan uzaqda qəribə keçmişi yaddaşlara həkk  olan bir xəyal şəhəri yerləşir. 1943-cü ildə boşaldılan bu şəhər həm keçmiş sakinlər, həm də geniş ictimaiyyət üçün bağlandı.

Sarlakka mağarası , Vells Gray  parkı -Kanada

Kolumbiyanın şimal-şərqində, Kanadanın Vells Gray Əyalət Parkında yerləşən "Ulduz döyüşləri" filmindəki bir canavarın adını daşıyan Sarlakka  adlı nəhəng bir mağara var. Bu mağara burada yaşayan insanlar tərəfindən "Ölüm tələsi" adlandırılıb. Bu vahiməli yerə daxil olmaq qadağandır və bu qadağalara riayət etməyən insanları bir il həbs cəzası və ya 1 milyon dollar  məbləğində cəza gözləyir.

Samirə Tağıyeva, "İki sahil"