Vətən müharibəsi zamanı düşmənə qan uddurub adını zəfər tariximizə yazan Azərbaycanın igid, mərd övladı Fariz Zülfüqarzadə Lənkəran elində dünyaya göz açmışdı. Qeyrətli Vətən oğlu 30 il düşmən əsarətində olan ulu yurd yerlərin azadlığı naminə can qoyanda ömrünün 28 ilini yaşayırdı. Tankçı Fariz dığaların belini qırandan sonra uğrunda şəhidlik zirvəsinə ucaldığı Vətənə əlvida deyir.
Həyat yolu indi Vətən, torpaq sevgisinə dönərək minlərə nümunə olan Fariz Zülfüqarov 2012-ci ildə həqiqi hərbi xidmətə gedir. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir, əsgərlərin, zabitlərin sevimlisinə çevrilir. Həm də cəbhə xəttində Fariz dəfələrlə erməni dığaları ilə qarşılaşır. Hər dəfə də onların cavabını layiqincə verir.
Fariz xidmətini bitirib evə qayıdır. İl yarım Lənkəranda işləyir və gördükləri ilə cəmiyyətdə onun nüfuzu artırır. Təbii ki, Fariz kimi mərd oğullar Ana Vətəninin ağır günlərində dalda-bucaqda gün keçirə bilməzdi. Məhz buna görə Vətənə layiqincə xidmət etməsi üçün Fariz hərbçi olmağa qərar verir. Milli Ordu sıralarında ürəyinin istəyini əsas götürərək MAXE kimi fəaliyyət göstərir.
Fariz öz tankı ilə ilk dəfə Aprel döyüşlərində yağı düşmənlə döyüşə girir. Özü də Lələ-təpənın, eləcə strateji mövqelərin azad olmasında böyük rəşadət göstərir. Buna görə Müdafiə Nazirliyinin tərəfində fəxri fərmanlara layiq görülür.
Vətən müharibəsində cəsur tankçı Füzuli, Zəngilan, Qubadlı döyüşlərin əsl qəhrəmanı olur. Dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medallarına layiq görülməsi bundan irəli gəlir.
Fariz öz tankı ilə dəfələrlə ağır müharibə meydanında düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır. İgid döyüşçü Qubadlının azad olmasında dığaların üstünə onlardan qənimət götürülən tankı gedir. Cəngavər tək döyüşməklə düşmənə ağır itkilər verir. 19 oktyabr tarixində düşmənin mərmisinə tuş gələn tankda Fariz ekipaj üzvlərini xilas etsə də, özü tankın içərisində qalaraq qan itkisindən şəhadətə ucalır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü