12 aprel 2021 02:35
2225

"Beşiktaş"dan inamlı qələbə

"Beşiktaş" Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

"İki sahil" xəbər verir ki, çempionatın lider səfərdə autsayder "Ərzurumspor"la qarşılaşıb. 6 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb - 4:2.

"Ərzurumspor" – "Beşiktaş" - 2:4
Qollar: Şvexlen, 16. Bassan, 39 – Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.

Bu nəticədən sonra xallarını 70-a çatdıran İstanbul təmsilçisi liderliyini möhkəmləndirib. "Fənərbaxça" 63 xalla 2-ci, "Qalatasaray" 62 xalla 3-cüdür.