12 aprel 2021 05:06
878

"Arsenal"dan böyükhesablı qalibiyyət

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

"İki sahil" xəbər verir ki, London klubu 31-ci turda "Şeffild Yunayted"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

"Şeffild Yunayted" - "Arsenal" - 0:3
Qollar: Lyakazett, 33, 85, Martinelli, 71

Bu qələbə ilə xalını 45-ə yüksəldən Mikel Artetanın baş məşqçisi olduğu komanda 9-cu pillədə qərarlaşıb. "Şeffild Yunayted" isə 14 xalla sonuncu-20-cidir. Turnir cədvəlinə 74 xalla "Mançester Siti" başçılıq edir.