12 aprel 2021 06:41
844

Millimizin üzvü 90 dəqiqə oynadı

Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

"İki sahil"  xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda səfərdə “Rux”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Millimizin üzvü Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana daxil olub.
 
“Minay” 21 turdan sonra 15 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.