12 aprel 2021 10:37
858

Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb

Azərbaycan Milli Konservatoriyasında koronavirus pandemiyası ilə əlaqədar əyani dərslər dayandırılıb.

"İki sahil"  "APA"ya istinadən xəbər verir ki,  bu barədə  Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, müəllim və tələbələr arasında koronavirus testi pozitiv çıxanların olduğunu deyib.