12 aprel 2021 14:49
553

10 min türk lirəsi xərclədi və 12 gündə tamamladı - FOTO/VİDEO

Trabzonun Maçka rayonunda elektrik avtomatlaşdırması işi ilə məşğul olan Umut Uzunlar topladığı köhnə avtomobil materialları ilə saatda 100 kilometr sürətə çatan bir yük maşını dizayn edib.

“İki sahil” xəbər verir ki, Uzunlar davamlı olması üçün maşının ön hissəsini alüminium materialla örtərək, təxminən 1 tonluq yük daşıma qabiliyyətinə sahib maşını ilə bağçılıqla yanaşı, qış fəsli üçün odunları daşıyır və qonşularına da kömək edir.

Rayonun Yaz küçəsində yaşayan və elektrik avtomatlaşdırma işi ilə məşğul olan Umut Uzunlar topladığı qırıntı tullantılarını təkrar emal üçün maraqlandığı hobbisini zamanla istedada çevirdi. Uzunlar tullantı materiallardan yük maşını düzəltməyə qərar verib. İşlədiyi emalatxanada Uzunlar sənayedən topladığı avtomobil tullantıları materiallarından istifadə edərək bir yük maşını düzəltməyi bacarıb.

Pandemiya dövrünü bir fürsətə çevirən Uzunlar 10 min türk lirəsi xərcləyərək həmin yük maşınını düzəldib. Qara dəniz xalqının zəkasını bir daha ortaya qoyan Uzunlar satmaq niyyətində olmadığı yük maşınını daha da inkişaf etdirməyi hədəfləyir: “Qardaşım dedi ki, bir maşın düzəldək. Bir mühərrikimiz var idi. Sonra sürət qutusu aldıq. Sürət qutusunu aldıqdan sonra avtomobilin istehsalına başladıq. Əvvəlcə maşını taxtadan düzəltdik. Taxta kənd şəraitinə uyğun olmadığından, nəqliyyat vasitəsinin xarici hissələri xarab olmağa başladı. Sonra mühərrikin səmərəliliyini ala bilmədik. Taxtanı söküb və maşının davamlı olması üçün kompozit bir materialla örtdük. Gecə-gündüz işləyərək maşını 12 gündə tamamladıq. Nəqliyyat vasitəmizdən kənddə yük daşımaq üçün istifadə edirik. Gəzintiyə çıxarkən bu maşını sürürük. Nömrəmiz olmadığına görə, şəhər mərkəzindən başqa hər yerə gedirik."

 Vüsal Cahanov, “İki sahil”