12 aprel 2021 15:53
927

Levandovski məşqlərə başladı

“Bavariya”nın zədəli futbolçusu Robert Levandovski bərpa prosesinə başlayıb.

"İki sahil" xəbər verir ki, 32 yaşlı hücumçu artıq fərdi məşqlərə start verib. O, qaçış hərəkətləri üzərində işləyir. Lakin bildirilir ki, buna baxmayaraq, polşalı oyunçu aprelin 14-ü Çempionlar Liqasının 1/4 finalında PSJ ilə görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Levandovski DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Andorra ilə matçın (3:0) 63-cü dəqiqəsində diz bağlarından zədələnmişdi.