12 aprel 2021 21:04
813

"Barselona" gənc ulduzu üçün 350 milyon avro istəyir

Bu mövsüm "Barselona"dakı performansı ilə diqqət çəkən Pedri "Liverpul"un hədəfindədir.

"İki sahil" xəbər verir ki, "qırmızılar" 18 yaşlı forvard üçün rəsmi təklif göndərməyə hazırlaşır. Lakin Pedrini satmaq istəməyən "Barselona"nın futbolçuya 350 milyon avroluq məbləğ qoyduğu bildirilir. Qeyd edək ki. Pedri bu mövsüm "Barselona" ilə çıxdığı 44 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.